Vitkof: "Putin Alyaskada güzəştə getdi" | VİDEO

      Vitkof:    "Putin Alyaskada güzəştə getdi" |  VİDEO
  20 Avqust 2025    Oxunub:705
"Rusiya Prezidenti Vladimir Putin Donald Trampla avqustun 15-də Alyaskada baş tutmuş görüşündə "dərhal" güzəştə getdi".
Bu sözləri ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof "Fox News" telekanalına müsahibəsində dilə gətirib. O söyləyib ki, Vaşinqton bu güzəşt hesabına "Moskvanın məsələyə mülayim yanaşdığını" başa düşdü.

"Beləliklə, liderlər danışıqlar əsnasında diqqəti Ukraynada müvəqqəti atəşkəsdən ziyadə uzunmüddətli sülh sazişinə yönəltdilər. Danışıqların uzun çəkməsi məhz sülh sazişi məsələsində irəliləyişdən xəbər verir", – Vitkof vurğulayıb.

Onun sözlərinə görə, Alyaskadakı görüşdə aydınlaşıb ki, mümkün sülh sazişi üçün bir çox ilkin şərt artıq hazırdır.

"Odur ki Prezident Donald Tramp belə bir təklif irəli sürdü ki, bu şəraitdə həftərəfli sülh sazişi üçün niyə səy göstərməyək?", – nümayəndə deyib.
Tramp Rusiyaya gedə bilər

Xatırladaq ki, avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putin ilə amerikalı həmkarı Donald Tramp arasında görüş baş tutub. Tərəflər əsas etibarilə Ukrayna böhranının həlli istiqamətində danışıqlar aparıb, eyni zamanda, bir sıra digər məsələyə da toxunublar.

Digər tərəfdən, Donald Trampın Rusiyaya mümkün səfəri də hazırda gündəmdədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin "Rossiya 24" telekanalına müsahibəsində diqqətə çatdırıb ki, Alyaskada mətbuat konfransında Prezident Vladimir Putin həmkarını Rusiyaya səfərə çağırıb. Donald Tramp "belə bir səfərin çox maraqlı alınacağını" söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Ukrayna   danışıqlar  



Xəbər lenti